Bu gün

Fidan: "Türkiyə İrana qarşı hərbi güc tətbiqini dəstəkləmir"

"İranda baş verən hər şey bizim üçün böyük maraq doğurur, ona görə də hadisələrin inkişafını diqqətlə izləyirik. İranın əsas beynəlxalq oyunçularla problemlərinin həlli və bölgəyə yayıla biləcək qeyri-sabitliyin qarşısının alınması da bizim maraqlarımıza uyğundur".

Təhlil.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən mətbuat konfransında bildirib.

O, ABŞ və İran arasındakı problemlərin diplomatik kanallar vasitəsilə, ya birbaşa, ya da vasitəçilik yolu ilə həll olunacağına ümid etdiyini bildirib. Nazir qeyd edib ki, Ankara İrana qarşı hər hansı bir hərbi müdaxiləyə qarşıdır və Tehranın daxili və regional problemlərini müstəqil şəkildə həll etməli olduğuna inanır.

 

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?