Bu gün

Hakimlərin xidməti vəsiqəsinin nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq ediləcək

Hakimlərin xidməti vəsiqəsinin nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq ediləcək və Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim ediləcək.

Təhlil.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna edilən dəyişiklikdə öz əksini tapıb.

Qanuna əsasən, hakimə nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilən xidməti vəsiqə veriləcək. Xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim ediləcək. Hakimin xidməti vəsiqəsi onun statusunu və vəzifəsini təsdiq edən sənəd hesab ediləcək.

Hakim səlahiyyət müddəti ərzində xidməti vəsiqədən istifadə edəcək. Hakimin soyadı, adı, atasının adı, vəzifəsi dəyişdikdə və ya xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda, habelə xidməti vəsiqə itirildikdə və ya yararsız hala düşdükdə ona yeni xidməti vəsiqə veriləcək.

Hakimin səlahiyyətlərinə xitam verildikdə xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasına qaytarılacaq.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?