Bu gün

Paşinyan dəmir yolu üçün Putinə müraciət etdi

Ermənistan ölkənin Azərbaycan və Türkiyə ilə sərhəddəki dəmir yolu xətlərində bərpa işlərinin həyata keçirilməsi ilə bağlı qərarın qəbul olunması üçün Rusiyaya müraciət edib.

Təhlil.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə açıqlamasında bildirib:

"Mən bu məsələni Rusiya Federasiyasının Prezidenti ilə də müzakirə etdim və Ermənistan Baş nazirinin müavini də bunu Rusiya Federasiyası Baş nazirinin müavini ilə müzakirə etmək imkanı əldə etdi. Biz Rusiya Federasiyasından olan tərəfdaşlarımızın reaksiyasını gözləyirik".

 O qeyd edib ki, o, bunun mümkün qədər tez edilməsini istəyir.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?