Ünvanlı sosial yardımların məbləği artacaq

DSMF tərəfindən 2026-cı ildə ödənilən ünvanlı sosial yardımların artırılması nəzərdə tutulur.
Təhlil.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında açıqlamasında deyib.
Onun sözlərinə görə, ötən il dövlət büdcəsi hesabına 420 milyon manat məbləğində unvanlı sosial yardım ödənilib:
"Bu da 76 min ailəni əhatə edib. Növbəti il üçün dövlət büdcəsindən ünvanlı sosial yardımlar üçün 467 milyon manat vəsait ayrılıb. Bu, ötən illə müqayisədə 40 milyon manatdan artıq vəsait deməkdir. Yəni, DSMF tərəfindən 2026-cı ildə ödənilən ünvanlı sosial yardımların artırılması nəzərdə tutulur. Eyni zamanda, qeyd edək ki, ünvanlı sosial yardım ehtiyac meyarı əsasında müəyyənləşdirilir. Ehtiyac meyarı da artırılaraq 300 manata çatdırılıb".