Bu gün

Ukraynada energetika sahəsində təcili qərarlar qəbul edilib

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə energetika sahəsində vəziyyətin yaxşılaşdırılması məqsədilə üç mühüm qərarın qəbul edildiyini bəyan edib.

Təhlil.az xəbər verir ki, o bu barədə energetika sahəsində yaranmış fövqəladə vəziyyətlə bağlı keçirilən müşavirənin yekunları ilə bağlı paylaşımında qeyd edib. 

Zelenski bildirib ki, Rusiya tərəfindən endirilən zərbələr və hava şəraitinin pisləşməsi Ukraynanın enerji sisteminə ciddi təsir göstərib.

Dövlət başçısı bununla yanaşı vurğulayıb ki, təmir briqadaları, enerji şirkətləri, kommunal xidmətlər və Fövqəladə Hallar üzrə Dövlət Xidməti elektrik və istilik təchizatının bərpası üçün sutka ərzində fasiləsiz şəkildə çalışır.

Zelenskinin sözlərinə görə, qəbul edilən qərarlar paytaxtda enerji təminatının sabitləşdirilməsinə və risklərin minimuma endirilməsinə yönəlib.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?