Bu gün

Bu ölkə İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

Səudiyyə Ərəbistanı hakimiyyəti İrana qarşı mümkün hərbi zərbələr üçün nə öz hava məkanının, nə də ölkə ərazisinin istifadəsinə icazə verməyəcəyini bəyan edib.

Təhlil.az xəbər verir ki, bu barədə Agence France-Presse Səudiyyə Ərəbistanının ordu və hökumət strukturlarına yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı rəsmiləri bu mövqeyi İran tərəfinə birbaşa şəkildə çatdırıblar. Bildirilib ki, Ər-Riyad Tehrana qarşı hər hansı hərbi əməliyyatda iştirak etməyəcək və bu məqsədlər üçün ölkənin hərbi, logistika və ya infrastruktur resurslarından istifadə olunmasına imkan verilməyəcək.

Mənbələrin qeyd etdiyinə görə, bu mövqe regionda gərginliyin artdığı bir dövrdə Səudiyyə Ərəbistanının münaqişədən kənar qalmaq və eskalasiyanın qarşısını almaq niyyətini nümayiş etdirir.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?