Bu gün
Almaniya bu həftə Qrenlandiyaya hərbçilər göndərəcək

Almaniya bu həftə Qrenlandiyaya hərbi qulluqçular göndərməyi planlaşdırır.
Təhlil.az xəbər verir ki, bu barədə “Bild” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ilkin mərhələdə Bundesverin hərbçilərindən ibarət kəşfiyyat qrupu göndəriləcək.
Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi isə xəbəri nə təsdiqləyib, nə də təkzib edib.
Qəzet yazır ki, əməliyyat 15 yanvar tarixində başlaya bilər.
Almaniya hökuməti və Bundestaqdakı mənbələr də ilk qrupun həmin gün yola düşəcəyini bildiriblər.