Bu gün

Rusiya bu il Azərbaycanda sənaye parkı açacaq

Rusiya Sənaye və Ticarət Nazirliyi 2025-ci ildə Azərbaycanda sənaye parkının fəaliyyətə başlayacağını gözləyir.

Təhlil.az xəbər verir ki, bu barədə Rusiyanın sənaye və ticarət nazirinin müavini, dövlət katibi Roman Çekuşov bildirib.

“Bu il Azərbaycanda, Sumqayıt şəhərində sənaye parkının istifadəyə verilməsinə ümid edirik. Bu, azərbaycanlı tərəfdaşlarımızla ilk birgə layihə təcrübəmizdir. Əminik ki, bu layihə rusiyalı müəssisələr üçün də cəlbedici olacaq”,- deyə Çekuşov vurğulayıb.