Bu gün
“Şamaxinka”da yeni svetoforlar quraşdırılır

Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi svetoforlarla tənzimlənəcək.
Təhlil.az bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına istinadla xəbər verir.
Bildirilib ki, bu məqsədlə hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yolda yeni svetofor dirəkləri quraşdırılıb, kabel-kommunikasiya xətlərinin çəkilişi işləri aparılır.
Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilir.
Bu gün