Bu gün
Rza Pəhləvi xalqa müraciətində Trampın onlara dəstəyini vurğulayıb

İranda internetin bağlanması mesajların əhaliyə çatmasına mane olsa da, devrilmiş şahın oğlu Rza Pəhləvi İran xalqına müraciət ünvanlamağa davam edir.
Təhlil.az xəbər verir ki, bu dəfə Pəhləvi yardımın yolda olduğunu bildirib və gələcəkdə cəzadan qaçmamaları üçün cinayətkarların siyahısının tərtib edilməsinə çağırıb:
"Dünya nəinki sizin cəsarətinizi və səsinizi görüb və eşidib, həm də tədbir görür.
Yəqin ki, artıq Amerika Birləşmiş Ştatları Prezidentinin mesajını eşitmisiniz. Yardım yoldadır. Mübarizəni davam etdirin.
Bu rejimin vəziyyəti normallaşdırmasına imkan verməyin. Bütün bu qətllərdən sonra bizimlə bu rejim arasında qan dənizi var. Bu cinayətkarların adlarını yazın. Bir gün onlar əməllərinə görə cəzalandırılacaqlar".
Bu gün