Bu gün

Ermənistan XİN TRIPP üzrə detalları açıqladı

Ermənistanın Xarici İşlər Nazirliyi “Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu”nun (TRIPP) ölkə ərazisində həyata keçirilməsi ilə bağlı əldə olunmuş razılaşmaların əsas məqamlarını açıqlayıb.

Təhlil.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, TRIPP-in Ermənistan ərazisində icrası üçün özəl operatorlar cəlb olunacaq. Layihə çərçivəsində ABŞ tərəfindən texniki yardım göstəriləcək. Bu yardım yoxlama və gömrük rəsmiləşdirilməsi prosedurlarını, eləcə də nəzarət və skan texnologiyalarının tətbiqini əhatə edəcək.

Sənəddə xüsusi olaraq vurğulanır ki, Ermənistanın sərhəd və gömrük əməliyyatları üzrə suverenliyi və yurisdiksiyası müzakirə predmeti deyil. Sərhədlərin idarə olunması “front-office – back-office” beynəlxalq əməliyyat modeli əsasında həyata keçiriləcək.

Bildirilib ki, Ermənistan tərəfi əvvəlcədən gömrük rəsmiləşdirilməsinin optimallaşdırılması, sənədlərin rəqəmsallaşdırılması, eləcə də “vahid buraxılış məntəqəsi” konsepsiyası üzrə pilot layihələrin icrasını planlaşdırır.

Məlumata əsasən, TRIPP Development Company tərəfindən cəlb edilən özəl operatorlar aşağıdakı xidmətləri göstərə bilərlər:

  • sənədlərin ilkin toplanması və yoxlamaya təqdim edilməsi,
  • istifadəçilərin məlumatlandırılması və məsləhətləndirilməsi,
  • ticarət və tranzit üzrə ödənişlərin yığılması və emalı.

Eyni zamanda qeyd olunur ki, erməni rəsmi qurumları bütün sərhəd və gömrük obyektlərində fiziki mövcudluğunu saxlayacaq, suveren funksiyalar isə autsorsinqə verilməyəcək. Əməliyyat təhlükəsizliyini təmin edən özəl heyətin yalnız Ermənistanda lisenziya aldığı halda fəaliyyət göstərə biləcəyi bildirilir.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?