14 yanvar

Magistraturaya sənəd qəbulu elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanında iştirak üçün sənəd qəbuluna başlayıb.

Təhlil.az xəbər verir ki, bakalavrların ərizələri 14–26 yanvar tarixlərində DİM-in ekabinet.dim.gov.az saytında onlayn şəkildə qəbul olunur.

Ərizə vermək üçün bakalavr “Şəxsi kabinet” yaradaraq hesabına 50 manat əlavə etməli və “Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiqləməlidir.

Qəbul imtahanının I cəhdi fevralın 15-də keçiriləcək. İmtahan məntiqi təfəkkür (50 sual), informatika (25 sual), xarici dil (20 sual) və esse tapşırığından ibarətdir. Esse maksimum 5 balla, ümumi nəticə isə 100 balla qiymətləndirilir. Testlər üçün 3 saat, esse üçün 30 dəqiqə vaxt ayrılır.

Qeyd edək ki, ingilis və alman dilində tədris olunan ixtisaslaşmaları seçmək üçün esse üzrə nəticə ən azı 2 bal olmalıdır.

Müsabiqə şərtlərinin tam mətni “Magistr” jurnalının 2-ci sayında dərc olunub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?