Bu gün
Ukrayna ABŞ-dən silah alışı üçün 15 milyard avro ala bilər

Niderland Ukraynanın ABŞ-dan silah alması üçün ayrılacaq 90 milyard avroluq kredit paketindən 15 milyard avro təklif edib.
Təhlil.az xəbər verir ki, Niderland hökuməti Aİ müdafiə sənayesinin ABŞ sistemlərinə ekvivalent silahları qısa müddətdə istehsal edə bilməyəcəyini düşünür. 2025-ci ilin sonunadək Aİ ölkələri Ukraynaya ümumilikdə 90 milyard avro ayırmağı planlaşdırır.
Mənbəyə görə, Avropa Komissiyası ilk rəsmi təklifi bu gün dərc edəcək, vəsaitin isə martın sonunadək Kiyevə köçürülməsi nəzərdə tutulur.
Qeyd olunur ki, kredit şərtləri ilə bağlı fikir ayrılığı mövcuddur. Niderland, Almaniya və Baltik ölkələri ABŞ silahlarının alınmasını dəstəkləyir. Fransa isə Ukraynanın vəsaiti əsasən Avropa silahlarına xərcləməsini istəyir.
Bu gün