14 yanvar

Hava şəraitinə görə, qatarlar gecikə bilər - XƏBƏRDARLIQ

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Təhlil.az xəbər verir ki, səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir.

Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.

Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?