Bu gün

Luvr muzeyindən oğurlanmış zinət əşyalarının gizlədildiyi yer tapıldı

Fransız müstəntiqlər Paris ətrafında yerləşən yaşayış rayonlarından birində Luvr Muzeyindən oğurlanmış zinət əşyalarının bir hissəsinin gizlədildiyi yeri aşkar ediblər.

Təhlil.az xəbər verir ki, istintaq materiallarına əsasən, iki nəfər cinayətkar skuter vasitəsilə Obervilye şəhərində yerləşən fərdi yaşayış binalarından birinin yeraltı avtodayanacağına daxil olub.

Onlar əvvəlcə oğurladıqları zinət əşyalarına baxış keçirib, daha sonra qəniməti avtodayanacaqda yerləşən boksların birində gizlədiblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, zinət əşyalarının bir hissəsi həmin yerdə olmayıb. Bir müddət sonra cinayətkarlar avtodayanacaqda videomüşahidə kameralarının mövcudluğunu aşkar ediblər və bundan sonra gizlədilmiş zinət əşyalarını oradan çıxarıblar.

Xatırladaq ki, Luvr muzeyində böyük rezonans doğuran oğurluq hadisəsi 2025-ci il oktyabrın 19-da baş verib.

Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?