Bu gün

ABŞ ilə Ermənistan arasında TRIPP layihəsinə dair bəyanat qəbul olunub

Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Marko Rubio arasında keçirilən görüşdən sonra Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) üzrə icra çərçivəsi açıqlanıb.

Təhlil.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı sənədə görə, bu addım 8 avqust 2025-ci ildə Ağ Evdə qəbul edilən öhdəliklərin praktiki icrasına keçidi ifadə edir.

Sənəddə qeyd olunur ki, TRIPP Ermənistan ərazisindən maneəsiz və multimodal tranzit mexanizminin qurulmasını hədəfləyir. Marşrutun Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirərək Transxəzər Ticarət Marşrutu üçün həyati əlaqə yaratması planlaşdırılır. Tərəflərin qiymətləndirməsinə görə, bu model Ermənistan üçün həm beynəlxalq, həm də daxili bağlantılar baxımından qarşılıqlı faydalar verə bilər.

İcra çərçivəsi Donald Trumpın ev sahibliyi etdiyi Sülh Zirvəsində təsdiqlənmiş prinsiplərə istinad edir və suverenlik, ərazi bütövlüyü, qarşılıqlılıq kimi əsasların vacibliyini vurğulayır. TRIPP-in məqsədləri sırasında Ermənistan və Azərbaycanın rifahı və təhlükəsizliyinin gücləndirilməsi, regional ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də Mərkəzi Asiya–Xəzər–Avropa xəttində yeni tranzit imkanlarının yaradılması yer alır.

Beləliklə, Vaşinqtonda elan edilən icra çərçivəsi TRIPP-i konsepsiyadan əməli mərhələyə daşıyan əsas mexanizm kimi təqdim olunur.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?