Bu gün

Azərbaycanda 9 min manatlıq ixtisaslar - VİDEO

Azərbaycanda bəzi ixtisaslar var ki, onların qiyməti sanki tələbəni yox, bankı təhsil almağa göndərirsən. 9 min manata qədər illik təhsil haqqı olan ixtisaslar sırf prestij deyil, həm də cibə ciddi yükdür.

Təhlil.az xəbər verir ki, musiqi və incəsənət sahəsində bəzi ixtisaslar – məsələn, "Dirijorluq", "Bəstəkarlıq", "Vokal sənəti", "İnstrumental ifaçılıq" – ildə düz 9 min manata başa gəlir. Yəni təhsil almaq üçün az qala orkestri də özü ilə gətirmək lazım gəlir.

Əgər ağ xalatlı olmaq arzun varsa, çox da ucuz başa gəlmir:

"Tibb", "Müalicə işi" – 8 min manat,

"Stomatologiya", "Rəngkarlıq", "Heykəltəraşlıq" – 7 min manat,

"Tibb bacısı işi", "Fizioterapiya", "Əczaçılıq" – 6 min manat.

Ən aşağı təhsil haqqı isə 2100 manatdır – o da hələ “ucuzdur” deyə sevinmək üçün kifayət etmir.

Ekspertlər deyir ki, bu qədər yüksək ödənişlərin arxasında əsasən dərs deyən müəllimlərin peşəkarlığı, tədris prosesinin xərcləri və infrastruktur dayanır.

O zaman sual yaranır hər kəsin bu qiymətlərlə ali təhsilə çıxışı varmı?