13 yanvar

Ermənistan Türkiyə ilə sərhəddəki nəzarət-keçid məntəqəsindən Rusiya hərbçilərini çıxarır

Ermənistan Türkiyə ilə sərhəddəki nəzarət-keçid məntəqəsindən Rusiya hərbçilərini çıxarmağı planlaşdırır. Təhlil.az xəbər verir ki, bu barədə "News.am" diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, "Axurik" nəzarət-keçid məntəqəsinin Ermənistan tərəfinə verilməsi haqqında qərar artıq qəbul edilib, ərazidə bayraq dirəyi quraşdırılıb. Qeyd olunub ki, Rusiya sərhədçiləri hələlik keçid məntəqəsində qalacaqlar.