Dünən

Fransa İrandakı səfirliyinin əməkdaşlarının bir hissəsini təxliyə edib

"Agence France-Presse"in (AFP) məlumatına görə, Fransız diplomatlar 11–12 yanvar tarixlərində İranı tərk ediblər. Təhlil.az xəbər verir ki, təxliyə olunanların dəqiq sayı açıqlanmır. Adətən səfirlikdə təxminən 30 nəfər çalışır.

Fransa Xarici İşlər Nazirliyi bildirib ki, bu addım mövcud şəraitdə missiyanın funksiyalarını icra edə bilməsi üçün reorqanizasiya məqsədi daşıyır.

Qeyd olunub ki, səfir və həyati əhəmiyyət daşıyan personal yerində qalır və Fransa vətəndaşlarına yardım göstərməyə davam edəcək. Qərar zorakılıq səviyyəsinin kəskin artması fonunda qəbul edilib.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?