Bu gün

Marko Rubio Ermənistan XİN başçısı ilə görüşəcək

ABŞ-nin dövlət katibi Marko Rubio bu gün Dövlət Departamentində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.

Təhlil.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Görüş yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 21:00 - red.) başlayacaq.

Məlumata görə, görüşdə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker və Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun baş əməkdaşı Brendan Hanrahan da iştirak edəcəklər.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?