Bu gün

Ağ Evdə İrana qarşı zərbələrdən əvvəl diplomatiya müzakirə olunur

ABŞ vitse-prezidenti Cey Di Vensin rəhbərlik etdiyi Ağ Ev rəsmiləri Donald Trampı İrana qarşı mümkün hərbi zərbələrdən əvvəl diplomatik yolu nəzərdən keçirməyə çağırıblar.

Təhlil.az xəbər verir ki, məlumata görə, Ağ Evdə İranın nüvə proqramı üzrə danışıqların bərpası təklifi müzakirə olunur.

Bildirilir ki, Tramp hərbi zərbələrə meylli olsa da, hələlik yekun qərar verməyib və mövqeyini dəyişə bilər.

Qəzetin məlumatına əsasən, Ağ Evdə masada olan mümkün variantlar arasında İrana qarşı hərbi zərbələr, ölkə daxilində kiberəməliyyatlar və əlavə sanksiyaların tətbiqi yer alır.

"WSJ" xatırladır ki, Tramp İranda baş verən etiraz aksiyaları zamanı nümayişçilərin öldürülməsinə cavab olaraq bir neçə dəfə zərbə ilə hədələyib. Etirazlar 28 dekabrda Tehranda sahibkarların milli valyutanın devalvasiyası və qiymət artımı səbəbilə keçirdiyi tətil fonunda başlayıb. Hüquq-müdafiə təşkilatı "HRANA"nın məlumatına görə, iğtişaşlar zamanı azı 544 nəfər həlak olub.

Mənbələr bildirir ki, Ağ Evdə ABŞ Silahlı Qüvvələrinin İrana qarşı istifadəsi ehtimalı da istisna edilmir.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?