Bu gün

Qar və şaxta: avtomobiliniz buna hazırdırmı?

Yaxın günlərdə Azərbaycan ərazisində hava şəraitinin kəskin dəyişəcəyi və temperaturun aşağı düşəcəyi gözlənilir. Proqnozlara görə, gecə və səhər saatlarında mənfi temperatur qeydə alınacaq, dağlıq və dağətəyi ərazilərdə isə qar yağacaq.

Təhlil az. xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraitini nəzərə alaraq sürücülərə, xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkət edərkən maksimum ehtiyatlı olmaları barədə çağırış edib.

Agentlik nəqliyyat vasitələrinin qış mövsümünə uyğun texniki vəziyyətdə saxlanılmasını, xüsusən qış şinləri ilə təchiz edilməsini vacib hesab edir. Bildirilib ki, bu tələblərə əməl olunmaması yol hərəkətində çətinliklərə, sıxlıq və ləngimələrə səbəb ola bilər.

Eyni zamanda, qaydalara riayət edilməməsi qar təmizləyən və yol istismarına cəlb olunan xüsusi texnikanın ərazilərə vaxtında çatmasını da çətinləşdirə bilər.

Qurum sürücülərə səfər öncəsi hava şəraitini nəzərə almağı və yola tam hazırlıqlı çıxmağı tövsiyə edib.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?