Bu gün

ABŞ-də 100 mindən artıq viza ləğv olundu

ABŞ Dövlət Departamenti 2025-ci ildə 100 mindən çox xarici vətəndaşa verilmiş vizanı ləğv edib.

Təhlil.az xəbər verir ki, bu göstərici Co Bayden administrasiyasının son ili olan 2024-cü illə müqayisədə iki dəfədən çoxdur.

Rəsmi məlumata görə, 2024-cü ildə ABŞ-də təxminən 40 min viza ləğv olunmuşdu. Dövlət Departamenti qeyd edib ki, 2025-ci ilin göstəricisi bütün dövrlər üzrə rekord hesab olunur və bu, Donald Trampın vəzifəyə başladığı ilk gündə imzaladığı sərəncamdan sonra xarici vətəndaşlarla bağlı yoxlamaların sərtləşdirilməsi ilə bağlıdır.

Bildirilib ki, ləğv edilən vizaların əsas hissəsi turizm və işgüzar səfərlər üçün verilmiş vizalara aiddir. Eyni zamanda, 8 min tələbə və 2 min 500 ixtisaslaşmış işçi ABŞ-da qalmaq hüququnu itirib.

Rəsmilərin sözlərinə görə, vizası ləğv olunan şəxslərin əksəriyyəti hüquq-mühafizə orqanlarının məlumatları əsasında cinayət fəaliyyəti ilə əlaqələndirilir.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?