Bu gün

Slovakiya Ukraynaya hərbi yardım və kreditlərdən rəsmi şəkildə imtina edir

Slovakiya Ukraynaya hərbi yardım və kreditlər təqdim etməyəcəyini rəsmi şəkildə bəyan edib. Həmçinin ölkə öz hərbçilərini Ukrayna ərazisinə göndərməyəcək.

Təhlil.az xəbər verir ki, bu qərar Bratislavada Slovakiya Prezidenti Peter Pelleqrini, Baş nazir Robert Fitso və parlamentin spikeri Riçard Raşinin iştirakı ilə keçirilən birgə görüşdə razılaşdırılıb.

Slovakiya hakimiyyəti bildirib ki, Kiyev üçün nəzərdə tutulan 90 milyard avroluq yeni maliyyə dəstəyi paketinin zəmanət mexanizmlərində iştirak etməyi planlaşdırmır. Eyni zamanda Ukraynanın NATO-ya üzvlüyü də dəstəklənməyəcək.

Rəsmi açıqlamada vurğulanıb ki, bu mövqe Slovakiyanın bütün əsas dövlət institutları səviyyəsində qəbul edilib və ölkədə ümummilli birliyi əks etdirir.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?