Bu gün

ABŞ Dövlət Katibi Meksika XİN başçısı ilə danışıqlar aparıb

ABŞ Dövlət Katibi Marko Rubio Meksika Xarici İşlər Naziri Xuan Ramon de la Fuente ilə danışıqlar aparıb.

Təhlil.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin açıqlamasına görə, görüşdə "zorakı narkotik kartelləri"nin qarşısını almaq və fentanil və silah ticarətini dayandırmaq üçün daha sıx əməkdaşlığa ehtiyacın müzakirə edilməsi nəzərdə tutulub.

Daha əvvəl Donald Tramp ABŞ-nin Meksikadakı narkotik kartellərini hədəf almağa başlaya biləcəyini bildirərək, onların ölkəni effektiv şəkildə idarə etdiyini iddia etmişdi.

Meksika Prezidenti Klaudiya Şeynbaum da öz növbəsində ABŞ Prezidentinin sərt açıqlamalarını onun ünsiyyət tərzinin tipik bir hissəsi kimi qiymətləndirdiyini və iki liderin qarşılıqlı anlaşmaya gəldiyini vurğulayıb.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?