Bu gün

Azərbaycan 2026-cı ildə Gürcüstanın əsas qaz təchizatçısı olaraq qalacaq

Gürcüstan 2026-cı ildə Azərbaycandan 2,926 milyard kubmetr qaz almağı planlaşdırır.

Təhlil.az xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən təsdiq edilmiş 2026-cı il üçün təbii qaz balansına əsasən, ölkənin ümumi qaz təchizatı 1 yanvar - 31 dekabr 2026-cı il tarixləri arasında 3,34 milyard kubmetr təşkil edəcək. İdxalın 87,6%-ni təşkil edən Azərbaycan əsas təchizatçı olaraq qalacaq (Şahdəniz yatağından 1,645 milyard kubmetr, SOCAR-dan 1,281 milyard kubmetr qaz).

Rusiyadan qaz tədarükü 400 milyon kubmetr həcmində planlaşdırılır.

Gürcüstanın daxili istehsalı 14,058 milyon kubmetr təşkil edəcək.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?