Əraqçi: İranda vəziyyət tamamilə nəzarətə götürülüb

İranda vəziyyət tam şəkildə nəzarət altındadır.
Təhlil.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi xarici ölkələrin səfirləri ilə görüşü zamanı bildirib.
Nazirin sözlərinə görə, dekabrın 28–30-da başlayan etirazlar ilkin mərhələdə tamamilə dinc xarakter daşıyıb və aksiyalarda əsasən ticarətlə məşğul olan şəxslər iştirak ediblər.
“Bu müddət ərzində etirazçılar dinc yollarla haqlı tələblərini səsləndirirdilər. İlk üç gün ərzində hökumətlə etirazçılar arasında dialoq quruldu və proses demək olar ki, sona çatmaq üzrə idi”, – deyə Əraqçi qeyd edib.
O bildirib ki, sonradan etirazlara silahlı qruplar və terrorçular qoşulub, nəticədə dinc aksiyalar iğtişaşlara çevrilib. Nazir vurğulayıb ki, hazırda ölkədə təhlükəsizlik və ictimai asayiş tam təmin olunub.