Bu gün

Azərbaycan “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisində iştirak edəcək

Azərbaycan “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisində iştirakını təsdiq edib. Bu barədə müqavilə Beynəlxalq Bağçılıq Sərgisi üzrə Yaponiya Assosiasiyası və Azərbaycan dövləti tərəfindən Heydər Əliyev Mərkəzi arasında imzalanıb.

Təhlil.az xəbər verir ki, “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisi gələn il martın 19-dan sentyabrın 26-na kimi Yaponiyanın Kanaqava prefekturasında yerləşən Yokohama şəhərində keçiriləcək.

“Xoşbəxtlik naminə gələcəyin mənzərəsi” (“Scenery of the Future for Happiness”) mövzusunu əhatə edəcək sərgiyə 15 milyondan çox ziyarətçinin gəlişi gözlənilir. Azərbaycan pavilyonu sərginin “Birgə mövcudluq” (“Co-existence”) alt bölümü mövzusunda yaradılacaq.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?