Bu gün

Qrenlandiya planı: Avropa Trampa təhlükəsizlik mesajı verir

Almaniya və Böyük Britaniya Qrenlandiyaya qoşun göndərilməsi imkanlarını nəzərdən keçirir. 

Təhlil.az xəbər verir ki, Böyük Britaniya və Almaniya adada hərbi mövcudluqlarını gücləndirməyi planlaşdırırlar.

Avropa ölkələri bu addımla Donald Tramp administrasiyasına Qrenlandiyanın və ümumilikdə Arktika regionunun təhlükəsizliyinə ciddi yanaşdıqlarını nümayiş etdirmək niyyətindədir.

Qeyd edilir ki, Almaniyanın xarici işlər naziri "Yohann Vadeful"un gələn həftə ABŞ-yə səfəri gözlənilir. Səfər çərçivəsində onun Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüş keçirməsi planlaşdırılır.

Bloomberg-in yazdığına görə, Avropanın bu addımı Arktikada artan geosiyasi rəqabət və təhlükəsizlik riskləri fonunda Qərb müttəfiqləri arasında koordinasiyanın gücləndirilməsinə yönəlib.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?