Dünən
Xamenei: "Tramp Fironların yolunu gedir"

İranın Ali Lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın son açıqlamalarını şərh edərək sərt bəyanatla çıxış edib.
Təhlil.az xəbər verir ki, Xamenei bildirib ki, tarix göstərir: özünü yenilməz hesab edən, təkəbbürlü və despotik hakimiyyətlər məhz güclərinin ən yüksək nöqtəsində süquta uğrayırlar.
“Bütün dünyaya hökm verdiyini düşünən şəxs bilməlidir ki, Firon, Nəmrud, Rza Xan, Məhəmməd Rza kimi despotlar məhz təkəbbürlərinin zirvəsində devrildilər. Bu da devriləcək”, – deyə İranın Ali Lideri vurğulayıb.
Onun sözlərinə görə, siyasi güc və hegemonluq iddiaları davamlı deyil və tarix bu cür yanaşmaların sonunun dəyişməz olduğunu dəfələrlə sübut edib.