Dünən
Azərbaycan Gürcüstanın qaz tələbatının 87 faizdən çoxunu təmin edəcək

Bu il Gürcüstan 3,34 milyard kubmetr təbii qaz idxal etməyi planlaşdırır.
Təhlil.az xəbər verir ki, bunun 2,92 milyard kubmetri (87,4 faiz) Azərbaycandan tədarük olunacaq.
Məlumata görə, tədarükün – 1,65 milyard kubmetri “Şahdəniz” yatağının, – 1,28 milyard kubmetri isə SOCAR-ın payına düşür.
Gürcüstan Rusiyadan 400 milyon kubmetr, daxili istehsaldan isə 14 milyon kubmetr qaz alacaq.
Qeyd olunur ki, 2026-cı ildə ölkədə qaz istehlakı 3,28 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır.