Dünən
Venesuela ABŞ-yə çağırış etdi

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez ABŞ-yə müraciət edib.
Təhlil.az xəbər verir ki, o, ABŞ-nin hərəkətlərini sərt tənqid edərək deyib: "Venesuela “nüvə gücündən gələn təcavüzkar addımlara layiq deyil”.
Rodrigez vurğulayıb ki, bu addımlar iki ölkənin ortaq tarixinə kölgə salır:
“Bu, ortaq tariximizə bir ləkədir. Cavabımız qisas deyil, nümunə ilə ədalət olacaq”.
O əlavə edib ki, Venesuela öz mövqeyini ölkənin tarixi dəyərlərinə söykənərək formalaşdıracaq və “xilaskarın mirasına əsaslanan Bolivar diplomatiyasını” praktik addımlarla nümayiş etdirəcək.