Dünən

Papoyan: "Azərbaycan yanacağı Ermənistanda qiymətləri endirəcək"

Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan Azərbaycandan yeni neft məhsulları partiyasının daxil olması fonunda ölkədə benzin qiymətlərinin ucuzlaşacağını açıqlayıb.

Təhlil.az xəbər verir ki, 2025-ci ildə Azərbaycanın ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə ümumilikdə 6 580 ton taxıl daşınıb. Bunun 1 000 tonu Qazaxıstan, 5 580 tonu isə Rusiya mənşəli olub. Həmin dövrdə Ermənistana 1 210 ton Azərbaycan benzini də çatdırılıb.

2026-cı il yanvarın 8-nə olan məlumata əsasən, Azərbaycan ərazisi üzərindən Ermənistana 8 485 ton Rusiya taxılı artıq daxil olub, 4 103 ton taxıl isə yoldadır. Eyni zamanda, 7 600 ton Azərbaycan neft məhsulu, o cümlədən 6 100 ton benzin və 1 500 ton dizel yanacağı Ermənistana çatdırılmaq üzrədir.

Gevorg Papoyan bildirib ki, bu tədarüklərin nəticəsi olaraq benzin və dizel yanacağının qiymətinin əvvəlki ayla müqayisədə 80 dram/litrə (təxminən 21 qəpik) enməsi gözlənilir. Nazir əlavə edib ki, neft məhsullarının satışı ilə məşğul olan digər şirkətlər də qiymətlərin aşağı salınması istiqamətində addımlar atırlar.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?