10 may
Bakı təyyarənin vurulması ilə bağlı Moskvanın cavabını gözləyir - RƏSMİ

Bakı AZAL təyyarəsinin vurulması ilə bağlı istintaqın başa çatmasını gözləyir.
Təhlil.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Rusiyaya açıq mesaj göndərən XİN başçısı qeyd edib ki, AZAL-ın təyyarəsinin vurulması məsələsi hər zaman gündəliyimizdədir: "Biz bütün təmaslarımız zamanı bu məsələni Rusiya tərəfi ilə qaldırırıq. Rusiya tərəfi istintaqın hələ davam etdiyini bildirir və yekun nəticələrin açıqlanmasının istintaq başa çatdıqdan sonra mümkün olacağını qeyd edir".
C. Bayramov vurğulayıb ki, Azərbaycan tərəfi istintaqın ən qısa zamanda başa çatmasını gözləyir.
Bu gün
10 may