Dmitriyev Parisdə Uitkof və Kuşnerlə Ukrayna böhranının nizamlanması planını müzakirə edib

Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev Parisdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkof və ABŞ liderinin kürəkəni, sahibkar Cared Kuşnerlə görüşüb. Təhlil.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. Portalın mənbələrinə görə, görüş Uitkof və Kuşnerin Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə apardıqları iki günlük danışıqlardan sonra baş tutub.
“Axios”un iddiasına əsasən, görüş zamanı Ukrayna böhranının mümkün nizamlanması planı müzakirə edilib. Bildirilir ki, Trampın planının demək olar ki, bütün bəndləri üzrə Ukrayna ilə razılıq əldə edildikdən sonra Ağ Ev bu təkliflə bağlı Rusiya rəhbərliyindən aydın mövqe almaq niyyətindədir.