Dünən

Cəbrayıl və Füzulidə baş verən yanğınlar söndürülüb - FHN

İki gün öncə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə və dünən Füzuli rayonunun Mollaməhərrəmli kəndi ərazisində yanğın müşahidə olunub.

Təhlil.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məluatına əsasən, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğınlar daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?