Dünən
Azərbaycanda inflyasiya təzyiqləri azalır - PROQNOZ

ING Group Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu yeniləyib.
Təhlil.az xəbər verir ki, bankın qiymətləndirməsinə görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 5,3%, 2027-ci ildə isə 8,9% olacaq.
Cari il üçün gözlənti əvvəlki proqnozla müqayisədə 0,4 faiz bəndi aşağı salınıb.
Diqqətçəkən məqam odur ki, beynəlxalq qurumların proqnozları arasında ciddi fərq var:
BMT, Dünya Bankı və Asiya İnkişaf Bankı Azərbaycanda inflyasiyanın orta müddətdə 3–4% civarında olacağını gözləyir.
Bu isə ING-nin 2027-ci il üçün irəli sürdüyü 8,9%-lik proqnozu daha pessimist ssenari kimi önə çıxarır.