Dünən

Dumanlı havaya görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Təhlil.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilir ki, hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda bütün tablolarda "dumanlı hava" xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?