Dünən
Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahəsində yanğın törədən şəxs saxlanılıb.
Təhlil.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla yanğının 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib. Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Bu gün