07 yanvar

Peşə təhsili pilləsində təhsilalanların bərpası prosesi başlayıb

Peşə təhsili pilləsində təhsilalanların bərpası prosesinə 7 yanvar tarixindən etibarən start verilib.

Təhlil.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsi məlumat yayıb.

Bildirilib ki, bərpa üçün müraciət etmək istəyən şəxslər www.portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq “Təhsilalanların köçürülməsi və bərpası” xidmətini seçə bilərlər.

Qeyd edilib ki, müraciət üçün son tarix 15 yanvar, saat 18:00-dir.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?