07 may
AAF iki sərgi keçirəcək - Qeydiyyat başlayıb

Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 17-də klassik avtomobillərin, mayın 18-də isə sürət avtomobillərinin sərgisini keçirəcək.
Təhlil.az xəbər verir ki, “Sürətin evolyusiyası” adlı sərgi Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısının qarşısınadək təşkil olunacaq.
Mayın 17-də 1985-ci ilədək istehsal olunan klassik avtomobillər, mayın 18-də isə “Supercars”, eləcə də müxtəlif sürət avtomobilləri nümayiş etdiriləcək.
Bu kateqoriyalarda avtomobillərini nümayiş etdirmək istəyən şəxslər qeydiyyat üçün [email protected] ünvanı və ya (+994 50) 295 01 00 telefon nömrəsi ilə AAF-a müraciət edə bilər.
09 may
09 may