05 may

İmam məscidində təmir-bərpa işləri görüləcək - Sərəncam

Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək.

Təhlil.az xəbər verir ki, Prezident İlham Əliyev “Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?