Bu gün
Azərbaycanın cüdo yığması İslam oyunlarında finala vəsiqə qazanıb

Azərbaycanın cüdo yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qarışıq komanda yarışında finala yüksəlib.
Təhlil.az xəbər verir ki, milli komandamız yarımfinalda Qazaxıstan kollektivinə 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi finalda Özbəkistan seçməsi ilə qarşılaşacaq.