02 may

“İctimai proseslər media müstəvisində”

Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forum keçirilir

Təhlil.az xəbər verir ki, tədbirdə  MEDİA-nın İcraçı Direktoru Əhməd İsmayılov, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva, Ali Məhkəmənin Kollegiyasının sədri Sənan Hacıyev və digər dövlət qurumlarının təmsilçiləri, nazir müavinləri və media rəhbərləri iştirak edir. 

Forumun əsas məqsədi, medianın maarifləndirici funksiyasını və ictimai rəyin formalaşmasında oynadığı proaktiv rolun daha da artırılmasıdır. Həmçinin, həssas məlumatların cəmiyyətə düzgün və şəffaf şəkildə təqdim edilməsi və media ilə dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi məsələləri də gündəmə gətirilir.

Tədbir zamanı açılış nitqləri və rəsmi hissə başa çatdıqdan sonra, iştirakçılar “Konstitusiya və Suverenlik İlində media gündəmi”, “Nəqliyyat infrastrukturu və davamlı həllər media müstəvisində” və “Rəqəmsal təhlükəsizlik və məlumatlı istehlakçılar” mövzularında panel sessiyalarını izləyəcəklər.

Bu forum, ölkənin media sektorunun inkişafına və ictimai proseslərdə aktiv iştirakına dəstək vermək üçün mühüm bir addım olaraq qiymətləndirilir.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?