01 may

Azər Qasımovun xanımı da vəzifəsindən ayrılıb

Azərbaycan Prezidentinin sabiq mətbuat katibi Azər Qasımovun xanımı Aytən Qasımova vəzifəsindən ayrılıb.

Təhlil.az xəbər verir ki, Aytən Qasımova uzun illər çalışdığı Azərbaycan Dövlət Xəbər Agentliyi (AZƏRTAC) ilə yollarını ayırıb.

O, 20 ilə yaxın idi ki, AZƏRTAC-da çalışırdı.

Qeyd edək ki, Prezidentin sabiq mətbuat katibi Azər Qasımov da bu yaxınlarda tutduğu vəzifədən azad edilmişdi. 

demokrat.az

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?