29 aprel

Bakıda bu yol bağlanır: Alternativ yol seçin! - XƏBƏRDARLIQ

Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər) bu gün axşam saatlarından etibarən hərəkət məhdudlaşdırılacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?