Bu gün

Rəqəmsal iqtisadiyyat və turizm – 2026-nın yeni inkişaf xətti - TƏHLİL

Azərbaycan iqtisadiyyatı əvvəlki kimi davamlı inkişaf tempi ilə qlobal miqyasda diqqət çəkir. Bu inkişaf təkcə neft-qaz sektorunun deyil, həm də qeyri-neft sahələrinin şaxələndirilməsi nəticəsində əldə olunur. Dövlətin yeni çağırışlara cavab verən iqtisadi model qurması və bu istiqamətdə strateji layihələrin həyata keçirilməsi yüksək nəticələr verir. Qlobal siyasi və iqtisadi proseslərin mürəkkəbləşdiyi dövrdə belə, ölkənin makroiqtisadi sabitliyi qorunur, göstəricilər yüksəlir. Bu isə Azərbaycanın düzgün və uzaqgörən iqtisadi strategiyasının təzahürüdür.

Maliyyə Nazirliyinin yaydığı “2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədinə əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir. Hökumət 2026-cı ildə ölkədə 134,1 milyard manatlıq ÜDM istehsal olunacağını proqnozlaşdırır. Bunun 101,7 milyard manatı qeyri-neft/qaz sektorunun payına düşəcək.

Nəticədə 2026-cı ildə ümumi iqtisadi artımın 3,2%, qeyri-neft/qaz sektorunda isə 8,8% olacağı proqnozlaşdırılır. Bu, növbəti illərdə də iqtisadi artımın lokomotivinin məhz qeyri-neft sektoru olacağını göstərir.

Qeyd olunan artım fonunda Dövlət Neft Fondundan büdcəyə transfertlərin azalması təbii xarakter daşıyır. Maliyyə Nazirliyinin proqnozlarına görə, yaxın 4 ildə Neft Fondundan transfert 10 milyard 200 milyon manata endiriləcək, qeyri-neft gəlirləri isə 16 milyard 623 milyon manata çatdırılacaq.

2026-cı ildə gəlir siyasətinin əsas istiqamətləri sahibkarlığın dəstəklənməsi, vergi yükünün azaldılması, investisiya mühitinin daha əlverişli edilməsi, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi olacaq.

Dövlətin iqtisadi siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır.”

2026-cı il dövlət büdcəsində sosial rifah xərcləri ilə yanaşı, müdafiə və təhlükəsizlik də prioritetdir. Müdafiə və təhlükəsizlik xərcləri 8 milyard 714,8 milyon manat təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 3,8% çoxdur. Bununla yanaşı, səhiyyə, təhsil və digər xidmət sahələrinə də əlavə vəsait ayrılacaq.

Azərbaycanın iqtisadi inkişafının əsas dayaqlarından biri enerji sektorunda əldə olunan gəlirlərin düzgün idarə edilməsidir. Dövlət Neft Fondu vasitəsilə gəlirlərin şəffaf istifadəsi büdcənin balanslı idarə olunmasına imkan yaradır.

Hökumət qeyri-neft sektorunu prioritet elan edib. Kənd təsərrüfatı, sənaye, turizm, nəqliyyat-logistika və İKT sahələrinə iri sərmayələr yönəldilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri həm yerli istehsalı artırır, həm də regional ticarətə təkan verir. Yeni avtomobil və dəmir yolları, enerji layihələri tranzit imkanlarını genişləndirir. Zəngəzur dəhlizi isə Azərbaycanın Cənubi Qafqazın əsas nəqliyyat mərkəzinə çevrilməsi potensialını artırır.

Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti aşağıdır, büdcə gəlirləri isə xərcləri üstələyir. Bu göstəricilər ölkəyə beynəlxalq maliyyə institutları və reytinq agentlikləri tərəfindən yüksək qiymət qazandırır. BVF və Dünya Bankı Azərbaycanın iqtisadiyyatını davamlı və perspektivli hesab edir. 2026-cı ildə xarici investisiya axınının artacağı da proqnozlaşdırılır.

“Azərbaycan 2030” strategiyası çərçivəsində rəqəmsallaşmaya xüsusi önəm verilir. Elektron hökumət xidmətlərinin genişləndirilməsi, startap ekosisteminin inkişafı, süni intellekt və yeni texnologiyaların tətbiqi rəqabət qabiliyyətini artıracaq. Bu, yeni iş yerləri yaradacaq və qeyri-neft sektorunun ÜDM-də payını böyüdəcək.

Turizm də 2026-cı ildə iqtisadiyyata mühüm töhfə verəcək. Qarabağın azad olunması və bölgədə aparılan bərpa işləri yeni turizm marşrutları açır.

MTM Analitik Qrupu 

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?