Bu gün

Nazirlik yüz minlərlə manatlıq gecikmiş maaşı işçilərə qaytardı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-aprel ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 292,3 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Təhlil.az xəbər verir ki, bu barədə ƏƏSMN-dan məlumat verilib.

Bildirilib ki, həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 91 faizi əməkhaqqı, 9 faizi isə müavinət və kompensasiya, zərərə görə ödəncdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 50 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?