Bu gün

Zaxarova: "Azərbaycanın Avropa Parlamenti ilə bağlı qərarına təəccüblənmədik"

Rusiya Azərbaycanın Avropa Parlamenti ilə qarşılıqlı əlaqələri dayandırmaq qərarına təəccüblənməyib, çünki bu qurum digər ölkələrin daxili işlərinə müdaxilə edir.

Təhlil.az xəbər verir ki, bu barədə bu gün brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Avropa Parlamenti ilə hər cür təmasları kəsmək Bakının suveren qərarıdır, bu qərar təəccüb doğurmur. Azərbaycan bu strukturun ədəbsizliyi, hörmətsizliyi və suveren dövlətlərin daxili işlərinə birbaşa müdaxiləsi ilə üzləşən yeganə dövlət deyil", - Zaxarova bildirib.

Xatırladaq ki, 2026-cı il mayın 1-də Azərbaycanın Milli Məclisi Avropa Parlamenti və onun bir sıra strukturları ilə əməkdaşlığın dayandırıldığını bəyan edib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?