01 sentyabr
Qızılın qiyməti tarixi rekorda yüksəldi

Dekabr fyuçerslərinin qiyməti Comex birjasında cümə günü səhər saatlarında 1,03% artaraq unsiya üçün 3552,4 dollara çatıb.
Təhlil.az xəbər verir ki, bununla da qızıl tarixdə ilk dəfə 3550 dollar həddini keçib.
Məlumatlara əsasən, qiymətlərin artmasına ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr iclasında uçot dərəcəsini azaldacağı ilə bağlı gözləntilər təsir edib. İnvestorların optimizmini isə San-Fransisko FED-in rəhbəri Meri Deylinin açıqlamaları gücləndirib.
O, ABŞ əmək bazarındakı risklər fonunda faizlərin azaldılmasını dəstəklədiyini bildirib.
Mütəxəssislərin fikrincə, qızılın bahalaşması həm qlobal iqtisadi qeyri-müəyyənliklərin, həm də investorların təhlükəsiz investisiya vasitələrinə marağının artmasının göstəricisidir.
Bu gün
Bu gün